Orxan Məmmədov: “Xaçmaz KOB Evində 25 pəncərə fəaliyyət göstərəcək”

 Orxan Məmmədov: “Xaçmaz KOB Evində 25 pəncərə fəaliyyət göstərəcək”

Bu gün Xaçmaz rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznes Evində (“KOB Evi”) 25 pəncərə fəaliyyət göstərəcək.

Bunu KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, onlardan 15-i dövlət qurumları, digər 10 pəncərə isə özəl şirkətlər tərəfindən sahibkarlara xidmət göstərəcək.

O. Məmmədov bu KOB Evinin hansı səbəbdən Xaçmazda açılmasına aydınlıq gətirərək bildirib ki, bu bölgədə ixrac-idxal əməliyyatları üzrə ixtisaslaşdırılmış sahibkarlar fəaliyyət göstərir:

Turizm  Xaçmazda geniş vüsət alıb, bu sahə üzrə rayonda xeyli sayda sahibkar var. Biz müvafiq aktivliyə görə məhz burada ilk KOB Evini açdıq. Həmçinin rayonda meyvə-tərəvəz idxal-ixracatçıları da faəliyyət göstərirlər. KOB Evindəki pəncərələr və dövlət qurumları bu sahibkarlara konkret olaraq kömək edəcəklər.KOB Evinin açılışının sahibkarlara və bölgəyə çox böyük xeyri dəyəcək. KOB Evində Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi Agentliyinin və Dövlət Reklam Agentliyinin xidmətləri bir pəncərə vasitəsilə sahibkarlara çatdırılacaq”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir