Rusiya heyəti sabah Türkiyədə olacaq

Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu  Slovakiyanın Xarici İşlər və Avropa İşləri naziri  ilə birgə mətbuat konfransı keçirib.

Çavuşoğlu İdlib məsələsinin müzakirəsi üçün  Rusiyadan  bir heyətin sabah Türkiyəyə gələcəyi haqqında məlumat verib.  O, ehtiyac yaranacağı təqdirdə məsələnin prezidentlər səviyyəsində  müzakirə olunacağını bildirib.

Nazir deyib:

İdlibdəki insanlıq dramını, fəlakəti dayandırmaq nə lazımdırsa edəcəyik”.

Çavuşoğlu Aralıq dənizindəki vəziyyətə də toxunaraq bəyan edib:

Aralıq dənizinin şərqində Türkiyə ilə türk Kiprinin hüquqlarını müdafiə etmək üçün adanın yunan kəsimi xaric bütün ölkələrlə, o cümlədən Yunanıstanla da  əməkdaşlığa hazırıq”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir