“Sabah” qalib gəlib, "Keşlə" uduzub

“Sabah” qalib gəlib, "Keşlə" uduzub

 

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

“Apasport”un  məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

Turun ilk matçında “Sabah” “Qəbələ”ni qəbul edib. Məhsuldar keçən matçda 5 qol vurulub. 3:2 hesablı əzmkar qələbə qazanan meydan sahibləri Jelko Sopiçin rəhbərliyi altında ilk xallarını əldə edib.

Mükafatlara iddialı “Keşlə” “ASK Arena”ya qayıdışını autsayderlə matçda rəsmiləşdirib. “Səbail”i sınağa çəkən Tərlan Əhmədovun yetirmələri meydanı məğlub tərk ediblər. 11 oyunluq qələbə həsrətinə son qoyan Aftandil Hacıyevin komandası 5 ay əvvəl olduğu kimi yenə səfərdə “Keşlə”ni məğlub edib. Bununla da, bakılılar son pilləni “Qəbələ”yə təhvil verib. Maraqlıdır ki, növbəti turda bu iki autsayder üz-üzə gələcək.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Sumqayıt” “Zirə”ni, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir