Seçkilər: Bu gün təşviqata son veriləcək

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində namizədlərin təbliğat-təşviqat müddəti bu gün sona çatır.

Fevralın 7-də gecə saat 12-dən sonra hər hansı namizəd öz təbliğatına davam etdirərsə, bu, ciddi qanun pozuntusu sayılacaq.

Xatırladaq ki,  təşviqat kampaniyası seçkiyə 23 gün qalmış, yanvarın 17-də başlayıb.

Növbədənkənar parlament seçkilərində iştirak  üçün 2431 nəfər müraciət edib və bunlardan 1600-ü qeydə alınıb. Lakin  319 iddiaçı namizədliyini geri götürüb.

Fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib. Əsas kimi onun həm də başqa ölkənin vətəndaşı olması götürülüb.

Başqa bir şikayətə əsasən V cağırış Milli Məclisin deputatı olmuş, yenidən namizədliyini vermiş Fərəc Quliyev rəqibi Mehman Hüseynova maliyyə yardımı təklifinə  görə MSK ona xəbərdarlıq edib.

Hazırda 125  parlament mandatı uğrunda 1300-dən çox namizəd mübarizə aparır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir