Terroristləri konfransa dəvət edən Avropa Parlamenti Türkiyəyə yalan məlumat verib

 

 

Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu  Avropa Parlamentinə keçirilmiş kürd məsələsi mövzusunda konfransa PKK terrorçularının dəvət olunması haqqında danışıb.

Bəlli olub ki, Avropa Parlamenti  konfrans öncəsi Türkiyənin etirazlarına cavab olaraq tədbirə terrorçuların dəvət olunmadığını bildirib. Bunun “sübutu” üçün Türkiyə tərəfinə dəvətlilərin siyahısını da təqdim edib.

Lakin  Türkiyə təmsilçiləri zalda qırmızı bülletenlə beynəlxalq axtarışda  olan və adları siyahıda göstərilməsə də, tədbirə dəvət olunmuş terroristləri təsbit ediblər.

Çavuşoğlu  Avropa Parlamentini ikiüzlülükdə və saxtakarlıqda ittihamla sərt dillə qınayıb.

O, Avropa siyasətində radikal siyasi qrupların idarəçiliyindən nə avropalılara, nə də digərlərinə  xeyir gələcəyini söyləyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir