Tramp Maduronu dəstəkləyən Rusiyanı təhdid edib

 ABŞ Maduronu dəstəkləyən Rusiyanı təhdid etdi

ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Venesuela Prezidenti Nikolas Maduronu dəstəklədiyinə görə cəzasız qalmayacaq.

RİA “Novosti”nin məlumatına görə, amerikalı diplomat Rusiyanı təhdid edib:

“Bir neçə administrasiya rəsmisinin qeyd etdiyi kimi, ruslar tezliklə Maduroya dəstəyinin artıq cəzasız qalmayacağını biləcəklər. Madurodan faydalanmağa və ya ona dəstək olmağa davam edən digərləri ehtiyatlı olmalıdırlar. Ümumiyyətlə, qarşıdakı həftələrdə Venesuela ilə bağlı ciddi addımların atılacağını görəcəksiniz”.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Оbrayen bildirib ki, Rusiya Venesuelaya münasibətdə siyasətini dəyişməsə, “Rosneft” şirkəti ilə bağlı tədbirlər görüləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir