Türkiyə alimləri zəhərli maddələri neytrallaşdıran bakteriya növü kəşf ediblər

Türkiyənin Antarktidadan sonra Arktika ekspedisiyasından qayıdan  elmi missiyasının  gətirdiyi nümunələr üzərində aparılan araşdırmalar kəşflə nəticələnib.

Alimlər nümunələr üzərində faydalı bakteriya növü kəşf ediblər.

Məlum olub ki, bu bakteriya əkinçilikdə alaq otlarına qarşı istifadə edilən zəhərli kimyəvi maddələri zərərsiz hala gətirir.

Bu kəşf sayəsində  gələcəkdə torpağın  zəhərli  kimyəvi maddələrdən təmizlənməsi, əkinçilik məhsullarının zərərli təsirlərdən qorunması üçün preparatların  yaradılması mümkün olacaq.

Elmi qrupdan verilən məlumata görə, türkiyəli alimlər – TÜBİTAK Qütb Tədqiqatları İnstitutu, Malayziya Texnologiya Universiteti və Qırğızıstan-Türkiyə Manas Universiteti ilə birgə layihələr üzərində işləyirlər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir