Yaponiya gəmisində "2019-nCoV"a yoluxanların sayı artıb

 Yaponiyada gəmidə koronavirusa yoluxanların sayı artır

Fevralın 3-dən Yaponiyanın Yokohama limanında saxlanılan “Diamond Princess” gəmisində 2019-nCoV koronovirusuna yoluxanların sayı artıb.

Bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Belə ki, müayinələrdən sonra 41 sərnişinin koronavirusun indiyədək aşkar edilməmiş ştamına (2019-nCoV) yoluxduğu məlum olub.

Bununla da, “Diamond Princess” gəmisində virusa yoluxanların ümumi sayı 61 nəfərə çatıb.

Hazırda virusa yeni yoluxan şəxslərin hansı ölkənin vətəndaşları olması barədə məlumat verilməyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir