ABŞ-ın kosmosda ən uzun müddət qalan qadın astronavtı Yerə qayıdıb

Amerikalı qadın astronavt Kristina Kok Beynəlxalq Kosmik Stansiyasında təxminən 11 aylıq missiyasını başa vurduqdan sonra cümə axşamı sağ-salamat Yer kürəsinə qayıdıb. O, Beynəlxalq Kosmik Stansiyada ən uzun müddət qalan ilk qadın astronavtdır.

Kok 328 günlük misiyadan sonra Avropanın Fəza Agentliyinin astronavtı Luka Parmitano və Rusiyanın kosmik agentliyinin kosmonavtı Aleksandr Skvortsov ilə birilkdə Qazaxıstanda Yerə enib.

ABŞ Prezidenti Donald Tramp “Twitter”də Koku təbrik edib:

Yerə xoş gəldiniz @Astro_Christina. Sizi kosmosda ən uzun müddət qalan qadın rekordunu qırmağınız münasibətilə təbrik edirəm! Siz gənc qadınları ruhlandırırsınız və ABŞ-ı fərəhləndirirsiniz”.

Kok bundan əvvəl də həmkarı Cessika Meir ilə birlikdə açıq kosmosa çıxan ilk qadın astronavt olaraq tarixə düşmüşdü.

 


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir