Ağdərədə qarın hündürlüyü 36 sm-ə çatıb

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə,  fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən keçməklə  Azərbaycan ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib.

Havanın temperaturu ötən günlə müqayisədə 18 dərəcə aşağı enib. Əgər dünən paytaxtda 22-25 dərəcə isti olubsa (bütün meteoroloji müşahidələrə görə, son dəfə 2002-ci ildə 23 dərəcə olub), fevralın 8-də səhər saatlarında 7 dərəcə isti qeydə alınıb.

Saat 12.00-a olan məlumata görə, qar örtüyünün hündürlüyü Ağdərədə 36 sm, Sarıbaşda (Qax) 21 sm, Qrızda 13 sm, Xınalıqda 12 sm, Xaltanda 2 sm olub.

Qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Tovuzda 24 m/s, Salyan, Tərtərdə 23 m/s, Naftalan, Ağstafa, Bərdədə 20 m/s, Astara, Qrızda 18 m/s, Hacıqabulda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 16-20 m/s, arabir 23 m/s-dək güclənib.

Gözlənildiyi kimi, fevralın 8-də proses davam edərək, ayın 9-u və 10-da daha da əlverişsiz və kəskin olacaq, havanın temperaturu 0-a yaxınlaşacaq, gecə isə 1-4 dərəcə şaxta olacaq, yağış sulu qara, qara keçəcək, külək daha güclü olacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir