Axtarışda olan şəxs dələduzluğa görə saxlanılıb

Bakı şəhər sakininin pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, əməliyyatı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Qasımovun 8700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Mahmudov saxlanılıb.

Onun borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir