Azərbaycan millisinin sabiq qapıçısı Rusiya klubu ilə anlaşıb

Azərbaycan millisinin sabiq qapıçısı Rusiya klubu ilə anlaşıb

Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkovun yeni iş yeri müəyyənləşib.

“Apasport”un  məlumatına görə, 54 yaşlı mütəxəssis fəaliyyətini Rusiyada davam etdirəcək.

O, Milli Futbol Liqasında çıxış edən “Avanqard” klubu ilə anlaşıb. Jidkov Kursk klubunda qapıçı məşqçi kimi çalışacaq.

Qeyd edək ki, Aleksandr Jidkov buna qədər Yev Yaşin Akademiyasında, “Anji” və “Rostov”da işləyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir