Finlandiyada atalara da analar qədər məzuniyyət veriləcək

Finlandiyanın yeni höküməti ataların da uşaqları ilə daha çox vaxt keçirməsini təmin etmək məqsədilə hər iki valideynə bərabər müddətli məzuniyyət verilməsini nəzərdə tutan layihə hazırlayır.

Finlandiya hökumətinin təkliflərinə əsasən tam ödənişli məzuniyyətin ümumilikdə 14 aya çatacağı gözlənilir. Başqa sözlə, hər valideyn (ana və ata)  164 gün ödənişli məzuniyyətə çıxa biləcək.

Finlandiyadakı mövcud sistemə görə,  analara təxminən 4 aylıq məzuniyyət verilir. Atalar isə uşaq 2 yaşına çatana qədər 2 aylıq məzuniyyət götürə bilər. Ataların yalnız 25 faizi  2 aylıq atalıq məzuniyyətindən istifadə edir.

Yeni sistemin əsas məqsədi atalara da işdən vaxt ayırıb, uşaqları ilə daha çox vaxt keçirməyə şərait yaratmaqdır.

Finlandiyanın Sosial Məsələlər və Səhiyyə naziri Aino-Kaisa Pekonen açıqlamasında:

İslahat münasibətlərdə böyük bir dəyişiklik yaradacaq. Çünki valideynlər arasındakı bərabərliyi tənzimləyəcək və ailələrin işini daha da asanlaşdıracaq”.

, – deyə qərarı müsbət dəyərləndirib.

 


Mənbə: İnterAz

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir