İqlim anomaliyaları Antarktidada temperaturu yüksəldib?

Dünya Meteorologiya Təşkilatı Antarktidada yeni  temperatur rekordunun  olub-olmadığını yoxlayacaq.

Argentinanın Milli Meteoroloji Xidməti  Antarktida yarımadasının şimal hissəsində  fəaliyyət göstərən onlara aid  araşdırma mərkəzində –  Esperanza bazasında  rekord temperatur qeydə alıb – 18,3 °C.

Eyni ərazidəki əvvəlki rekord göstərici 2015-ci ilin mart ayında qeydə alınmışdı – 17,5 °C.

BMT-nin hava, iqlim və su hövzələri üzrə nüfuzlu təşkilatı olan Dünya Meteorologiya Təşkilatı xəbəri nəzərdən keçirərək bildirib ki

BMT-nin Hava və İqlim Ekstremal Arxivi komitəsi bu göstəricinin rekord istilik olub olmadığını yoxlayacaq”.

“Bu günə qədər gördüyümüz hər şey, ehtimal ki, qanuni bir qeydə sahibdir, lakin Argentinanın Milli Meteoroloji Xidmətindən hadisəni əhatə edən meteoroloji şəraitlə bağlı dolğun məlumat aldıqdan sonra əlbəttə ki, rekordun rəsmi qiymətləndirilməsinə başlayacağıq”, –  deyə təşkilat əlavə edib.

BMT bildirir ki, Antarktida planetin ən sürətlə istiləşən qitələrindən biridir və burada ümumilikdə son 50 il ərzində temperatur təxminən üç dərəcə artıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir