İranlı nazir BMT təmsilçisi ilə Suriyadakı vəziyyəti müzakirə edib

 İranlı nazir BMT təmsilçisi ilə Suriyadakı vəziyyəti müzakirə etdi

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibinin xüsusi elçisi Qeyr Pedersen ilə İdlibdə vəziyyətin gərginləşməsi fonunda Suriyadakı vəziyyəti müzakirə edib.

Bu barədə TASS  xəbər verib.

İran XİN-in açıqlamasında deyilir ki, M.C.Zərif Q.Pedersenə Suriya böhranının həllinin yeganə yolunun siyasi yol olduğunu söyləyib.

“İran Suriyanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə riayət edilməklə bu məsələdə əməkdaşlıq etməyə hazırdır”, – XİN başçısı deyib.

Q.Pedersen iranlı nazirə Suriya böhranının siyasi həllinin gedişindən danışıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir