İsraildə azərbaycanlı qətl edilib - FOTO

 İsraildə azərbaycanlı qətlə yetirildi - FOTO

İsraildə qətl hadisəsi törədilib.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Tel-Əvivlə Ramat-Qan arasındakı Volfson parkında baş verib.

Məlumata görə, 45-50 yaşlı kişi “Yad Əliyahu” idman kompleksinin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətl edilib. İsrail polisinin mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, hadisə ilə əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib və yaxın küçələr hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanılıb. Hüquq-mühafizə orqanları cinayətin törədildiyi ərazinin fotosunu da paylaşıb.

Polis cinayəti törədən şəxsin axtarışındadır.

 İsraildə azərbaycanlı qətlə yetirildi - FOTO

“Report”un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs əslən Azərbaycandan olan 1971-ci il təvəllüdlü Nizami Orucovdur. O, bir neçə il əvvəl ailəsi ilə birlikdə Azərbaycandan İsrailə köçüb və orada fəhlə işləyib.

 İsraildə azərbaycanlı qətlə yetirildi - FOTO

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir