Koronavurusa yoluxmuş ABŞ vətəndaşı Çinin Yuhan şəhərində həyatını itirib

Amerikalının 60 yaşı olub. O, xəstəxanaya yatırılsa da, müalicə nəticə verməyib.

CNBS telekanalının məlumatına görə, fakt ABŞ-ın Çindəki səfirliyi tərəfindən təsdiqlənib.

ABŞ tarixində son 50 ildə ilk dəfə olaraq virus ocağından ölkəyə qayıdan vətəndaşlara qarşı məcburi karantin qərarı verilib.

350 ABŞ vətəndaşı təyyarələrlə Çindən qaytarıldıqdan sonra karantinə alınıblar. Onlardan 12-də koronavirus aşkarlanıb.

ABŞ administrasiyası koronovirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına, Çinə və başqa ölkələrə 100 milyon dollar yardım ayıracağını açıqlayıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir