Axtarışda olan Maştağa sakinindən yarım kiloqram heroin götürülüb

 Maştağa sakinindən yarım kiloqram heroin götürüldü

Axtarışda olan Maştağa qəsəbə sakini M.Babayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə axtarışda olan Maştağa qəsəbə sakini M.Babayev saxlanılıb.

Ondan 510 qram narkotik vasitə olan heroin götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir