Messi “Barselona”nı tərk etməyəcək

 Messinin “Barselona”dakı aqibəti məlum oldu

“Barselona” futbol klubu hücumçu Lionel Messinin Katalon klubunu tərk edib-etməməsi məsələsinə aydınlıq gətirib.

Bu barədə “Sky Sports” məlumat yayıb.

Klub bildirib ki, argentinalı futbolçu klubun idman direktoru Erik Abidalla qarşıdurmaya baxmayaraq qarşıdan gələn yayda komandanı tərk etməyə hazırlaşmır.

Messi “Barselona”da ən azı müqavilə müddətinin sonuna kimi qalmağı planlaşdırır. Qeyd edilir ki, müqavilə 2021-ci ilin 30 iyununa qədər qüvvədədir. 32 yaşlı argentinalı müqavilə müddətinin uzadılmasına qarşı deyil.

Xatırladaq ki, Lionel Messi ilə komandanın idman direktoru Erik Abidal arasında münaqişə “Instagram”da yaranıb. Argentinalı hücumçu Abidalın sabiq baş məşqçi Ernesto Valverde barədə sözlərinə reaksiya verib. Abidal iddia edib ki, komanda Valverdeni tənqid edir və tam gücünü ortaya qoymurdu. Lakin Messi klub rəsmisindən narazıların adlarını çəkməsini tələb edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir