Oqtaq Gülalıyevin səhhətində müəyyən irəliləyişlər var

Bu barədə  Firuzə Gülalıyeva Amerikanın Səsinə məlumat verib. Onun sözlərinə görə,  hərəkətlərində irəliləyişlər olmasına baxmayraq Oqtay Gülalıyev hələ komadan tam ayılmayıb.

“Nitqində irəliləyiş yoxdur. Hələ danışmır. Əvvəllər oturdurdular. Amma indi aparatlar vasitəsilə ayaq üstə qaldırırlar. Həkimlər komadan nə vaxt ayılacağı ilə bağlı hələ bir söz demir. Həkimlərin gözləntilərində Oqtayın ayağa qalxması da yox idi. Oqtayın Azərbaycanda əməliyyatı həddən artıq çox geçikdirlib”, – o qeyd edib.

 

 


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir