Rusiya və Belarus prezidentləri bir komandada xokkey oynayıblar (VİDEO)

Rusiya və Belarus liderləri Vladimir Putin ilə Aleksandr Lukaşenko Soçidəki danışıqlarda neft məsələsində ortaq məxrəcə  gələ bilməsələr də,  fasilədə komanda şəklində  xokkey oynayıblar.

Hər iki prezident “Belıx” komandasının tərkibində olub.

Lukaşenko 01 nömrəli, Putin isə 11 nömrəsi formada buz üzərinə çıxıblar. Putin   komandanın kapitanı olub.

Matçda Belarus liderinin oğlu Nikolay da iştirak edib.

Putin və Lukaşenkonun komandası əzici 13:4 hesabı ilə qalib gəlib.

Matçdan sonra prezidentlər danışıqları geniş tərkibdə davam etdirib. Lakin nəticə tərəfləri tam qane edəcək qəbildən olmayıb.

 

 

Xatırladaq ki, Soçi danışıqlarında Rusiya ilə Belarus təbii qazın ötən ilki qiymətlər  – hər min kuba görə 127 dollar səviyyəsində saxlanılmasında razılığa gəlsələr də, neft satışı ilə bağlı anlaşa bilməyiblər. Rusiya qardaş Belarusa xam nefti dünya bazarı qiymətərinə təklif edir.

Qeyd edək ki, əsas gəlir mənbəyi neft emalı olan Belarus alternativ təchizat mənbələri axtarır. Bir sıra neft dövləti Belarusa öz məhsulunu təklif edir. Onlar arasında ABŞ da var.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir