Rusiyanın məşhur bakılı xadimi təqaüdünün azlığından bəhs etdi

 Rusiyanın məşhur bakılı xadimi pensiyasının azlığından danışdı

Keçmiş SSRİ-nin və Rusiyanın teatr, kino rejissoru, teleaparıcı, aktyor, ictimai-siyasi xadim, eyni zamanda Azərbaycanın Xalq artisti Yuli Qusman təqaüdünün aşağı olmasından danışıb.

O, “Teleprogram” portalına müsahibəsində pensiyasının məbləğinin televiziya aparıcısı Yelena Xanqanın təqaüdündən də az olduğunu bildirib.

Rejissorun sözlərinə görə, o, dövlətdən alınan ödəmələrin məbləğini müzakirə etməyi sevmir.

Mənim təqaüdüm hətta onunkundan (Yelena Xanqa-red) da azdır. Amma mən bu mövzu barədə heç vaxt heç kimlə danışmıram. Mən şikayət etməyi və narahat olmağı sevmirəm. Həmişə alternativ təqaüd gəlirləri mənbələrini axtarıram. Dərs deməyi sevirəm. Nə vaxt ki alındı, tamaşa və filmləri səhnələşdirirəm”

, – deyə Qusman qeyd edib.

Daha əvvəl Yuli Qusman  23 min rubl təqaüd aldığını deyib.

Yuli Qusman 1943-cü ilin avqustunda Bakıda hərbi həkim ailəsində doğulub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir