Suriyada qəza nəticəsində bir Türkiyə əsgəri şəhid olub

Suriyada  – “Sülh çeşməsi” əməliyyatı zonasında Türkiyəyə aid hərbi maşın  qəzaya uğrayıb. Hansı şəraitdə  baş verdiyi bilinməyən qəzada avtomobil aşıb. Xəsarət almış 5 türk əsgərindən birinin yaraları ağır olub və həkimlər onun həyatını xilas edə bilməyiblər.

Anadolu Agentliyinin verdiyi xəbərə görə, əsgərlər əməliyyat  bölgəsindəki Türkiyə hərbçilərinə əlavə dəstək olaraq göndərilibmişlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir