Tayland üçün acı reallıq: şəkər istehsalı 30% azala bilər

 Tayland üçün acı reallıq: şəkər istehsalı 30% azala bilər

Taylandda son 40 ilin ən quraq dövrü fonunda şəkər istehsalı 30% aşağı düşə bilər.

Bu barədə “İnterfaks” “Bloomberg” agentliyinə istinadən məlumat verib.

Quraqlıq səbəbi ilə dünyanın ən böyük şəkər ixracatçılarından biri olan Tayland istehsalını 9-10 milyon tona qədər azalda bilər. Şəkər qamışı istehsalı isə əvvəlki mövsümdəki 130 milyon tondan 90 milyon tona qədər azala bilər.

Şiddətli quraqlıq Taylandın iqtisadiyyatına və xüsusən də 11 milyon insanın çalışdığı kənd təsərrüfatı sahəsinə ciddi təzyiq göstərir. Bu, həm də dünyada şəkər qiymətinin daha da artmasına səbəb ola bilər.

Qeyd edək ki, əlverişsiz hava şəraitinin Meksika və Hindistan kimi istehsalçı ölkələrdə məhsul istehsalına mane ola biləcəyi ilə bağlı ehtiyat fonunda son beş ayda şəkərin qlobal qiyməti 35% artıb.

“Bank of Ayudhya”nın proqnozuna görə, quraqlıq ölkəyə 46 milyard baha (1,47 milyard ABŞ dolları) və ya ÜDM-in 0,27%-nə başa gələ bilər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir