Tehrandakı “Toğrul qülləsi” əyilib

 

“Toğrul qülləsi” əyilib – Tehranda
Böyük Səlcuq İmperiyası dövrünün ən önəmli qülləsi, türk imperiyasının qurucusunun dəfn edildiyi “Toğrul Qülləsi”nin əyildiyi bildirilir.“Şəhrvənd” qəzetinin məlumatına görə, qeyd olunan şəkillərdə Tehranın Rey şəhərində yerləşən məşhur tarixi qüllənin əyildiyi görünür.Bu barədə Reyşünas Əhməd Əbuhəmzə “Şəhrənd” qəzetinə danışıb.

Qülləyə hər tərəfdən təzyiq var. Çəkilməkdə olan metro və ətrafda aparılan qazıntı işləri qülləyə təsir edən amillərdəndir.

Qüllənin yaxınlığında Razi Mədəniyyət Evi tikilir. Bu məntəqədə yeraltı suları da tükənir. Bütün bunlar qüllənin əyilməsində rol oynaya bilər.”

, – deyə o bildirib.

Əhməd Əbuhəmzənin sözlərinə görə, qüllənin 100-200 metrliyində çuxurlar yaranıb. Bu məsələ şübhəsiz ki, qüllənin yerləşdiyi ərazinin çökməsinə  səbəb ola bilər.

 

Qeyd edək ki, “Toğrul qülləsi” 1931-ci ildə ölkənin milli siyahısında qeydə alınıb. Tarixi məkanın paytaxtda yerləşməsinə baxmayaraq, türk imperiyasına aid olduğu üçün dövlətin diqqətindən kənarda qalıb. Rey şəhərində belə bir qüllənin olmasından çox az insanın xəbəri var.

 


Mənbə: GünAz TV

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir