ABŞ daha iki təyyarə ilə vətəndaşlarını Yuhandan təxliyə edib

ABŞ koronavirus epidemiyasının yayıldığı Çinin Yuhan şəhərindən vətəndaşlarını növbəti dəfə təxliyə edib.

Bunun üçün epidemiya şəhərinə iki təyyarə göndərilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus təxliyə ilə bağlı yazılı məlumat  yayıb.

Açıqlanan məlumata əsasən, Yuhandan  qayıdan  təyyarələr  ABŞ-a dönüb:

Təyyarədəki sərnişinlər hava limanında tibbi müayinədən keçiriliblər. Bundan əvvəl 800 amerikalı Yuhandan çıxarılmışdı. Təxliyə edilən vətəndaşlar ölkənin müxtəlif yerlərində təşkil olunmuş  karantin mərkəzlərində yerləşdirilib”.

Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ hökuməti eyni zamanda vətəndaşlarını koronavirusdan qorumaq üçün lazımi tədbirlər görür. M.Ortaqus ABŞ vətəndaşlarına Çinə, xüsusilə də Yuhan şəhərinə getməmələrini tövsiyə edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir