AŞPA parlament seçkiləri ilə bağlı hesabatı apreldə müzakirə edəcək

 AŞPA parlament seçkiləri ilə bağlı hesabatı apreldə müzakirə edəcək

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri barədə hesabatı 2020-ci ilin aprel ayında nəzərdə tutulan plenar iclasda müzakirə edəcək.

Bu barədə “Report”a AŞPA-nın müşahidə missiyasının üzvü, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak bildirib.

Onun sözlərinə görə, hesabat hazırlamaq üçün seçkidən sonra daha iki dəfə Azərbaycana səfər etməyi planlaşdırır.

“Səsvermə prosesi əvvəlki seçkilərdə olduğu kimi, öz axarı ilə davam edir. Hələ ki iki seçki məntəqəsində olmuşam. Onlardan birincisində – 20 saylı Nərimanov ikinci seçki dairəsinin 18 saylı seçki məntəqəsində heç bir seçici görmədik. Bizə bunun hava şəraiti ilə bağlı olduğu söylənildi. Amma 2 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yaradılan seçki məntəqəsində xeyli sayda seçici var idi. Ancaq ümumilikdə seçki prosesi, seçici fəallığı barədə danışmaq hələ tezdir. Sabah mətbuat konfransı olacaq, müşahidələrimizi sizinlə bölüşəcəyik”, – S.Şennak deyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir