Ronaldu “Yuventus”da yeni rekorda imza atdı

 Ronaldu “Yuventus”da yeni rekorda imza atdı

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının 23-cü turunun “Verona”ya qarşı matçında növbətini qolunu vurub.

Ronaldu matçın 65-ci dəqiqəsində komandasının azarkeşlərini sevindirib. Bu, 35 yaşlı portuqaliyalı üçün İtaliyanın cari çempionatında 20-ci qol olub.

Ronaldu ardıcıl qolların olduğu matçlar seriyasına görə komandanın fransalı hücumçusu David Trezegeni qabaqlayıb. Sonuncu 9 ardıcıl matçdakı qollarla rekord göstəriciyə nail olmuşdu.

Ronaldu isə ardıcıl 10-cu mövsümdür ki, bu uğura nail olur. Ardıcıl qollar seriyası hücumçunun 2009-cu ilin yayında “Mançester Yunayted”dən Madrid “Real”ına keçidindən sonra başlayıb.

Kriştianu həmçinin karyerasında üçüncü dəfə çempionatın 10 ardıcıl matçında fərqlənməyə müvəffəq olub. Daha əvvəl o, bu göstəricilərə “Real”ın heyətində iki dəfə (2014 və 2018-ci il) imza atıb.

Hazırda “Yuventus” A seriyasının lideridir. Komanda “İnter”i qabaqlayır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir