Səsvermə sona çatdı, səslər sayılır

 Səsvermə başa çatdı, səslər sayılır

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar keçirilən səsvermə yekunlaşıb.

“Report”un xəbərinə görə, saat 08:00-da start verilən səsvermə prosesi saat 19:00-da sona çatıb.

Artıq bu dəqiqələrdən etibarən səslərin sayılmasına başlanılıb.

Qeyd edək ki, parlament seçkiləri 125 dairəni əhatə edir və səsvermə 5573 məntəqədə aparılıb. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Bu seçkidə 5 milyon 329 min 460 nəfərə seçkilərdə səsvermə hüququndan istifadə etmək hüququ verilib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir