“Yuventus” “Verona”ya uduzub

“Yuventus” "Verona"ya uduzub

İtaliya A seriyasında XXIII tur davam edir.

“Apasport”un  məlumatına görə, turun ikinci günündə üç oyun keçirilib.

“Sampdoriya”nı qəbul edən “Torino” hesabı açsa da, qonaqlar əzmkar qələbə qazanıblar. “Fioentina”nın qonağı olan “Atalanta” da məğlub duruma düşdüyü matçdan qalib ayrılıb.

Günə son çempionun oyunu ilə yekun vurulub. Səfərdə “Verona” ilə görüşən “Yuventus” Kriştianu Ronaldonun qolu ilə hesabda önə keçsə də, üstünlüyünü əldən verib. Liderin uduzması bir gün sonra meydana çıxacaq “İnter”ə turinlilərə şərik olmaq imkanı yaradıb. Bunun üçün Milan təmsilçisi turu itkisiz keçməlidir.

Qeyd edək ki, tura fevralın 9-da yekun vurulacaq.

İtaliya A seriyası
XXIII tur
8 fevral
“Torino” – “Sampdoriya” – 1:3

Verdi, 55 – Ramires, 70, 75, Kvalyarella, 79 (pen.)
“Fiorentina” – “Atalanta” – 1:2
Kyeza, 32 – Zapata, 49, Malinovski, 72
“Verona” – “Yuventus” – 2:1
Borini, 76, Pazzini, 86 – Ronaldo, 65

1 Yuventus23173344-2354
2 İnter22156144-1851
3 Latsio22155252-2050
4 Atalanta23126561-3142
5 Roma23116642-3039
6 Verona2397728-2434
7 Bolonya2396837-3633
8 Kalyari2288638-3432
9 Parma2295831-2932
10 Milan2295823-2732
11 Napoli2286834-3130
12 Torino23831227-4227
13 Sassuolo22751036-3726
14 Fiorentina23671026-3425
15 Udineze22731219-3524
16 Sampdoriya23651225-3823
17 Leççe22471127-4219
18 Cenoa22371223-4316
19 Breşiya22431520-4115
20 Spal22431516-3815

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir