Əsəd rejiminin 100-dən çox canlı qüvvəsi, 3 tankı və 2 atəş mövqeyi məhv edilib

Türkiyə Ordusunun  Suriyadakı bölmələri Əsəd rejiminin xain hücumuna  qarşı dərhal misli ilə cavab verib.

Türkiyə Müdafiə Nazirliyinin bununla bağlı bəyanatında deyilir:

İdlib bölgəsinə dəstək üçün göndərilən hərbçilərimizə rejim tərəfindən törədilən son hücumdan sonra silah tətbiqi və özünümüdafiə qaydaları çərçivəsində dərhal misli ilə cavab verilmişdir. Bu ana qədər bölgədə müəyyənləşdirilən 115 rejimə aid hədəf dərhal atəş altına alınmış, fərqli mənbələrdən əldə edilən məlumata əsasən, 101 rejim ünsürü zərərsizləşdirilmiş, 3 tank və 2 top/minaatan mövqeyi məhv edilmişdir, eyni zamanda 1 helikopterin vurulduğu öyrənilmişdir.

Özünümüdafiə çərçivəsində atəş davam etdirilməkdədir.

Şəhid və yaralı yoldaşlarımızın qanı yerdə qalmayıb, qalmayacaq”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir