ATƏT qurumları və AŞPA-nın müşahidəçiləri seçkiyə ilkin münasibət bildiriblər

Bu gün seçki ilə əlaədar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə Müşahidə missiyasının bəyanatı yayılıb.

Üç müşahidə qrupunun birgə açıqlamasında deyilir:

Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olub”

Sənədə əsasən, namizədlərin sayının yüksək olmasına rəğmən, “əsl siyasi müzakirələrin olmaması” elektoratı şüurlu seçim imkanından məhrum edib.

Avropalı müşahidəçilər seçki qabağı təbliğatda sosial mediadan geniş istifadə olunduğunu bildirirlər. Lakin buradaca deyilir ki, seçicilərlə bu cür təmas vasitəsi ənənəvi mediada təbliğat kampaniyasını əvəzləyə bilməz:

Ənənəvi media seçicilərə rəqiblər və onların platformaları haqqında məlumat verə bilməyib və kampaniya tədbirləri yayımçılar tərəfindən işıqlandırılmayıb. Seçki ilə əlaqəli xəbərlərin yayılması MSK-nın fəaliyyətinə dair xəbərlərlə məhdudlaşıb”.

Xarici İşlər Nazirliyi Beynəlxalq Seçki Müşahidə Missiyasına (BSMM) Azərbaycanın dəvətini qəbul edərək müşahidə prosesində iştiraka görə təşəkkür edib, eyni zamanda bəyanatın məzmununa diplomatik dillə etiraz edib:

BSMM-in bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük”.

“…iddia olunan və özünü biruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcəkdir”, – bəyanatda deyilir.

XİN Azərbaycan hakimiyyətinin bu və iki ay sonra ATƏT/DTİHB tərəfindən dərc ediləcəyi yekun hesabatını ətraflı şəkildə təhlil edəcəyini bildirib.

 


Mənbə: BBC

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir