İdlib bölgəsində daha 5 türk əsgəri şəhid olub

Suriyanın hökumət qüvvələri tərəfindən açılan artilleriya atəşi nəticəsində 5 türk əsgəri şəhid olub,  5 əsgər isə yaralanıb. Türkiyənin Müdafiə Nazirliyinin bildirdiyinə görə, hücum Taftanaz bölgəsindəki Türkiyənin hərbi postuna qarşı olub.

Türkiyə Suriyanın hücum törədilən İdlib regionuna çoxsaylı hərbi qüvvə yerləşdirib. Türkiyə rəsmilərinin bildirdiyinə görə,  hücuma cavab verib. Müdafiə Nazirliyi dərhal atəş nöqtələrinin  təsbit olunaraq  məhv edildiyini açıqlayıb. Ölkə prezidenti dərhal Müdafiə naziri ilə məsələni müzakirə edib – Türkiyənin ciddi cavab tədbirləi görəcəyi gözlənilir.

Xatırladaq ki, son  dövrlər Suriya qüvvələrinin bölgədə irəliləməsi və  yaşayış məntəqələrini bombalaması yarım milyon insanı didərgin salıb və onlar  Türkiyə sərhədlərinə doğru  yönəliblər.  Bölgədə yeni humanitar böhran təhlükəsi mövcuddur.

3,6 milyon Suriya qaçqınına sığınacaq verən Türkiyə əlavə qaçqın qəbul edə bilməyəcəyini bildirib və Suriya qüvvələrinin geri çəkilməsini tələb edib.

Xatıradaq ki, Türkiyə Prezidenti xəbərdarlıq edib ki, Suriya qüvvələri bu ayın sonunadək geri çəkilməsə, Türkiyə hərbi əməliyyatlara başlayacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir