İrandan Türkiyəyə keçmək istəyən 13 miqrant çovğunda həlak olub

İrandan qanunsuz yollarla Türkiyəyə keçmək istəyən 13 mühacir şaxta və qar çovğunu şəraitində həlak olublar.

Bu barədə  Türkiyənin Van şəhərinin bələdiyyə başqanı Məhəmməd Əmin Bilməz fevralın 9-da “Anadolu” agentliyinə xəbər  verib.

O deyib ki, hadisə  iki ölkənin sərhədindəki dağlıq Çaldıran məntəqəsinin Sarı çəmən kəndi yaxınlığında baş verib.

Qanunsuz mühacirlər sərhəddi keçib Türkiyə ərazisinə daxil olsalar da, şaxta və qar çovğununa düşərək həyatlarını itiriblər. Hazırda isə bölgədə olan kəskin hava şəraiti hadisə yerinə xidməti qüvvələrin göndərilməsinə mane olur”.

, – deyə Van bələdiyyə başqanı Məhəmməd Əmin Bilməz əlavə edib.

Türkiyənin “Evrensel” qəzeti isə fevralın 9-da olayla bağlı yaydığı xəbərdə bildirib ki, Dağlıq bölgədə şaxtadan donub ölənlərdən 10-u Əfqanıstan vətəndaşları, 3-ü isə suriyanın Kobani şəhərinin sakinləridir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir