Qurban Təbiətoğlu: Köhnə hamam, köhnə tas...

(Parlament seçkiləri barədə seçici rəyi…)

Dedik, gəlsə təzələr,
Bəlkə Vətən düzələr!
Amma bitmir məzələr…
Qızışma, “tormoz”u bas:
Köhnə hamam, köhnə tas!

Töküb puldan, paradan,
Ağı “seçdik” qaradan…
Kim çıxdı ki, aradan?!
Nəticələr – bizə xas:
Köhnə hamam, köhnə tas!

Qarğalar qarıldayır…
Göydən qoz şarıldayır…
Hər “tərəf” parıldayır…
Qılınc qında atır pas,
Köhnə hamam, köhnə tas!

Çevirsə də üzünü,
Hamı bilir düzünü…
Qurban, yorma özünü,
Çox danışma, qulaq as:
Köhnə hamam, köhnə tas!

Qurban TƏBİƏTOĞLU

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir