Rauf Arifoğlu, Fəzail Ağamalı və Hadı Rəcəblinin qələbələri şübhə altındadır - araşdırılacaq

Mətbuat konfransında elan olunan fasilədən sonra seçkidə  ciddi qanun pozuntularının baş verdiyi iddiası ətrafında jurnalistlə xeyli dialoqda olan və buna bir daha xüsusi diqqət ayıran MSK sədri əsas çıxışında demədiyi bəzi  detalları bu zaman açıqlayıb.  Məzahir Pənahov bir neçə seçki dairəsi üzrə ciddi qanun pozuntuları  haqqında məlumatlara malik olduqlarını  söyləyib. O, jurnalistləri şikayət və qanun pozuntuları ilə bağlı araşdırmalarda iştiraka  dəvət edib və nəticələrin qanun pozuntusuna yol verən şəxslər üçün ağır olacağını bir daha qabardıb.

MSK sədrinin ciddi qanun pozuntuları qeydə alınmış dairələr arasında  bir neçəsi xüsusi maraq doğurur. Məzahir Pənahov:

Bir məqamı da qeyd edim. 33 Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Seçki Dairələrindən çox ciddi müraciətlər daxil olub…”

Qeyd edək ki, Exit-Poll nəticələrinə əsasən,

  • 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Arifoğlu (Abbasov),
  • 60 saylı Salyan-Neftçaladan Fəzail Ağamalı,
  • 74 saylı Lənkəran kənd seçki dairəsindən  Rəcəbli Hadı Musa oğlu

80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadə qalib elan olunmuşdu.

MSK sədrinin konkret ünvanlar göstərməklə ciddi qanun pozuntuları iddialarından bəhs etməsi yuxarıda adları çəkilən namizədlərin qələbəsini şübhə altına alır.

Məzahir Pənahovun sərt ritorikada və qətiyyətlə qanun pozuntuları əsasında (əgər təsdiqini taparsa) ölçü götürüləcəyi haqqında söylədiklərini nəzərə alsaq,  sadalanan  dairələrdə nəticələrin ləğvi (və ya dəyişəcəyi)  istisna deyil.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir