Ümid Partiyası, İqbal Ağazadə də seçkilərin nəticələrindən narazıdır

Seçkinin ilkin nəticələri qeyri-demokratik və xalqın iradəsini əks etdirməyən nəticələrdir”.

Bunu  “Ümid” partiyasının sədri İqbal Ağazadə bildirib. Xatırladaq ki, o, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olub.  İ.Ağazadə deyib:

Partiyamızın 21 dairədə deputatlığa namizədi var idi və bütün dairələrdə monitorinq aparılıb. Mənim namizəd olduğum 35 saylı dairədən nəticələr hələ də elan edilməyib. Əksər dairələrdə ciddi qanun pozuntuları olub. Bundan başqa səsvermə nəticələrinin protokolları verilməyib”.

O, “Turan”a məlumatında namizəd olduğu 35 saylı dairə üzrə  cəmi bir məntəqədən protokol ala bildiyini söyləyib:

Qalan 29 seçki məntəqinin hamısına polis basqını oldu. Bunu ATƏT-in müşahidə missiyasının, ABŞ və digər ölkələrin səfirliklərinin, beynəlxalq təşkilatların  nümayəndələri də müşahidə etdi. Bizim əlimizdə seçki qutularının açılması, bülletenlərin sayılması və səslərin elan olunması ilə bağlı videomaterallar var. Hansı məntəqə üzrə saxta nəticələr elan edəcəklərsə, o məntəqə üzrə video materialı nümayiş etdirəcəyik”.

Redaksiyadan: 

Qeyd edək ki, gün ərzində 35 saylı dairə üzrə də ilkin nəticələr açıqlanıb və İqbal Ağazadənin opponenti Rauf Arifoğlu ilider göstərilib.

Onu da xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov  ciddi qanun pozuntuları haqqında komissiyaya daxil olan məlumatdan bəhs edərkən sadaladığı 7 dairədən biri 35 saylı dairə idi.

MSK bütün müraciətlərə baxılacağını, qanun pozuntularına görə sərt tədbirlər görəcəyini dəfələrlə vurğulayıb və bu prosesin ayın sonunadək yekunlaşacağını bildirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir