ABŞ-da naməlum şəxs ətrafdakılara atəş açıb

 ABŞ-da naməlum şəxs ətrafdakılara atəş açdı, yaralılar var

ABŞ-da atışma olub.

Bu barədə “Associated Press” polisə istinadən xəbər verib.

Hadisə Arkanzas ştatında qeydə alınıb.

Ştatın şərqindəki Forest-Siti şəhərində, “Uolmart” supermarketində naməlum şəxsin açdığı atəş nəticəsində azı 3 nəfər xəsarət alıb.

WMC telekanalı isə bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Məlumata görə, yaralılardan 2-i polis əməkdaşlarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir