Azərbaycan Premyer Liqasında turun simvolik komandası açıqlanıb

Azərbaycan Premyer Liqasında turun simvolik komandası açıqlanıb

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasında XVI turunun rəmzi komandası müəyyənləşib.

“Apasport”un  məlumatına görə, simvolik komandada ən çox oyunçu ilə təmsil olunan klub “Sabah”dır.

Bakı klubunun 4 futbolçusu “11-liy”ə düşüb.

Turun ən yaxşı futbolçusu isə “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov seçilib.

Qapıçı: Saşa Stamenkoviç – 283 (“Sabah”)-2
Müdafiəçilər: Ailton Silva – 264 (“Qarabağ”)-5, Filip İvanoviç – 274 (“Sabah”), İviça Juniç – 251 (“Qəbələ”)-2, Maksim Medvedev – 234 (“Qarabağ”)-3
Yarımmüdafiəçilər: Elvin Cəfərquliyev – 272 (“Sumqayıt”), Xəyal Nəcəfov – 325 (“Sumqayıt”), Hendrik Ekşteyn – 285 (“Səbail”)-3, Ozan Can Kökcü – 261 (“Sabah”)-3
Hücumçular: Ruslan Hacıyev – 276 (“Səbail”), Marko Deviç – 253 (“Sabah”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir