Cahangir Hacıyevin həbs cəzası 3 ay azaldılıb

Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və İsmayıl Hidayətzadənin barələrində olan hökmdən verilən şikayətlərə baxılıb.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib:

Cahangir Hacıyevin 16 il 6 ay həbs cəzası  3 ay azaldılıb və üzərində qəti olaraq 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Digərlərinin isə cəzası dəyişdirilmədən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir