Deputatlığa namizəd MSK önündə oturaq etiraz aksiyasına başlayıb

Milli Məclisə seçkilər üzrə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova Mərkəzi Seçki Komissiyasının binası qarşında seçki saxtakarlığına etiraz olaraq aksiya keçirir. Deputatlığa namizəd üzünü Mərkəzi Seçki Komissiyasının üzvlərinin oturduğu binaya tutaraq uca səslə:

Şeytan, karuselə cavab ver! Saxtakarlığa son!”

, – şüarları səsləndirib.

“Bunlar saxtakarlıq ediblər. Karuselin, saxtakarlıqların çoxsaylı video görüntüləri var. Deputatlığa namizədlərin üç gün şikayət etmək hüququ var. Mərkəzi Seçki Komissiyası şikayətləri araşdırmadan tələsik 125 dairə üzrə adamların adını açılqlayıb. 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsində seçkilərin nəticələri ləğv edilməyincə MSK-nin qarşısında oturaq aksiya keçirəcəyəm. Heç yerə getməyəcəyəm. Şikayətlərə baxmadan saxtakarlıqla keçirilən seçkidə istədiklərini deputat elan ediblər”.

Onun sözlərinə görə, 10 saylı seçki dairəsindən təyin edilmiş deputat 30 ildir Milli Məclidə kreslonu zəbt edib.

“O, heç deputat kimi də heç bir iş görməyib. 10-cu seçki dairəsində seçkilərin nəticələri ləğv edilməyincə MSK-nin qarşısında oturacağam”, –  Rəbiyyə Məmmədova bildirib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 10 saylı seçki dairəsindən keçmiş deputat Madər Musayev irəlidə gedir.

Məmmədovanın aksiyasına digər depuatlığa namizədlər də qoşulmaqdadır. Artıq Müsavat Partiyasının üzvü olan digər bir deputalığa namizəd Elman Quliyev də ona qoşulub.

Mərkəzi Seçki Komissiyasının qarşısına polislər gəlib. Amma hələ aksiyaya mane olmurlar.

Artıq aksiya iştirakçılarının sayı 4 nəfər olub.

 


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir