İntensiv yağan qar Qubanın 7 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsini kəsib (VİDEO)

 

Şimal bölgəsinə intensiv qar yağıb. Qubanın dağlıq ərazilərinə yağan qar, eləcə də qar kütlələrinin yollara doğru uçqunu dağ kəndləri ilə əlaqəni məhdudlaşdırıb. Xınalıq istiqamətində 7 kəndə aparan yol  keçilməz olub.

Əlaqədar təşkilatlar avtomobil rabitəsini bərpa etmək üçün əraziyə texnika cəlb etməklə yolların təmizlənməsi ilə məşğuldurlar.

Xatırladaq ki, sinoptiklərin proqnozuna görə, sabahdan ölkə ərazisində tədricən yağıntı kəsiləcək.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir