Məcburi köçkünlərin yaşadığı binada yanğın olub

 İmişlidə məcburi köçkünlərin yaşadığı binada yanğın olub

İmişli rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20:00 radələrində Nəcməddin Savalanov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli yaşayış binasında baş verib.

Həmin binada yaşayan Füzuli sakini Kərimov Arif Eldar oğluna məxsus mənzildə yanğın başlayıb və alov anidən güclənib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb, mənzilin 1 otağı yanaraq yararsız hala düşüb. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir