Məhkəmə "Kanal 13"-ün rəhbəri Əziz Orucovun şikayətini təmin edib

Bakı Apelyasiya Məhkəməsində “Kanal 13” internet televiyasının rəhbəri Əziz Orucovun  şərti məhkumluğunun götürülməsi ilə bağlı şikayətinə baxılıb.

Məhkəmə onun şikayətini təmin edib və barəsində olan şərti məhkumluq ləğv  olunub.

Xatırladaq ki, Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. Həmin il İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

2018-ci il aprelin 5-də Ali Məhkəmənin qərarı ilə Ə.Orucov şərti azadlığa buraxılıb.

 


Mənbə: APA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir