Miqrasiya könüllülərinin daha bir layihəsinə start verilib

 

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən “PR Məktəbi” layihəsinə start verilib.

DMX-dan APA-ya verilən məlumata görə, layihənin məqsədi İctimaiyyətlə Əlaqələr, Reklamçılıq, Digital marketinq kimi əlaqəli sahələrə marağı olan gənclərə nəzəri və praktiki biliklər verməkdən ibarətdir. Layihənin ilk günü keçirilən təlim 2 hissədən ibarət olub.

Birinci hissədə biznes məsləhətçi-təlimçi İlham Əfəndiyev iştirakçılara effektiv digital PR haqqında məlumat verib.

İkinci hissədə gənclər qruplara bölünərək təlimçinin tapşırığına əsasən kollektiv işlərini təqdim ediblər. 25 nəfərin iştirak etdiyi təlimlər fevralın 13-də sona çatacaq. Layihənin informasiya dəstəyi Azərtac, APA, “Trend” və “Olaylar” İnformasiya agentliklərinə məxsusdur.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir