"Neftçi" 6 ildə niyə çempion ola bilməyib

Suat Usta: “Neftçi”də nələrsə yolunda getmir”

“Neftçi”də çox yaxşı günlərim olub. İndi işlərimin çoxluğu ilə əlaqədar Azərbaycan çempionatını izləyə bilmirəm. Əgər altı ildə komanda çempion ola bilmirsə, deməli, nələrsə yolunda getmir”.

Bunu “apasport”a “Neftçi”nin sabiq futbolçusu Suat Usta deyib.

“Qalatasaray”, “Rizəspor”, “Konyaspor”, “Antalyaspor” və “Sakaryaspor”da oynadıqdan sonra 2008-ci ildə “Neftçi”yə keçən türkiyəli 2010-cu ilə kimi paytaxt klubunda çıxış edib. Hazırda agent kimi fəaliyyət göstərən sabiq müdafiəçi “ağ-qaralar”ın uzun müddətdir çempion ola bilməməsinin səbəbini açıqlayıb:

Eyni şeyləri edib, fərqli nəticə gözləmək ağıllı iş deyil. “Qarabağ”ı “taxt”dan necə salaram” yox, “özümü necə inkişaf etdirib çempion ola bilərəm”, – deyə düşünmək lazımdır. Yəni birinci olmaq düşüncəsiylə hərəkət edilməlidir. Məhz həmin vaxt “Neftçi” yenidən çempionluğa namizəd olacaq”.

Türkiyəli veteran futbolçu AFFA-nın Abdulla Avcı ilə görüşməsini də şərh edib. Usta “Beşiktaş”ın baş məşqçi postundan göndərilən 57 yaşlı mütəxəssisin Azərbaycan millisində uğur qazana biləcəyini düşünür:

Avcı hər kluba və ya milli komandaya faydalı ola bilər. Çünki o, məşqçiliyini sübut edib. AFFA onu baş məşqçi postuna gətirməkdə nə qədər israrlı olduğunu bilmərəm. Ancaq Avcının yaxşı məşqçi olması dəqiqdir”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir