Oğul atası haqqında danışdı

 Pelenin oğlu: “Atam normal yeriyə bilmir”

Üçqat dünya çempionu, 79 yaşlı əfsanəvi Braziliya futbolçusu Pele haqqında oğlu Edino danışıb.

Xarici mətbuatın məlumatına görə, Edino atasının səhhətinin yaxşı olmadığını bildirib.

O, kifayət qədər zəifləyib. Bud-çanaq oynağından cərrahi əməliyyat keçirdi və bərpa mükəmməl deyil. Hərəkət etməsində problemlər var. Bunlar isə öz növbəsində onun depressiyasına səbəb olur. Təsəvvür edin, o (futbol-red) kraldır, həmişə futbol dünyasında nüfuzlu fiqur olub, amma indi normal gəzə bilmir. Bundan utandığından küçəyə çıxmaq, özünü nümayiş etdirmək, çöldə olmaq, ümumiyyətlə heç nə etmək istəmir. O, rahib həyat tərzi keçirir”.

, – deyə oğul bildirib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir