Qəza törədən sürücü hadisə yerindən qaçıb

 Sumqayıtda qəza törədən sürücü hadisə yerindən qaçdı - FOTO

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, naməlum avtomobil qarşıdan gələn “90-TL-672” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili gözləməyərək ön hissədən vurub.

Qəzanı törədən sürücü isə dərhal ərazidən qaçıb. Xəsarət alan olmasa da, “Mercedes”ə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları gəlib.

 

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir