Türkiyə Prezidenti İdlib planını sabah açıqlayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  İdlibdə türk hərbçilərinin hücuma məruz qalmasından sonra Suriyada  ölkəsinin yeni  tədbirlər  görəcəyini açıqlayıb.

Ərdoğan Türkiyə hərbi qüvvələrinə edilən hücumun cavabının  ağır olacağını bildirib və deyib:

Sabah atacağımız addımları elan edəcəyəm”.

Xatırladaq ki, fevralın 10-da Türkiyə Müdafiə Nazirliyi Suriyanın İdlib şəhərinin şimalında türk hərbi kolonuna artilleriya atəşi nəticəsində  5 əsgər şəhid olmuş, daha 5 nəfər yaralanmışdı.

Bundan öncəki hücumdan və təlafatdan sonra Türkiyə Əsəd rejiminə ultimatumla türk müşahidə məntəqələrindən  geri çəkilməyi tələb etmiş, əks təqdirdə zəruri addımları atacaqlarını bildirmişdi. Bunun üçün də fevralın sonunadək vaxt vermişdi.

Çox güman ki, sabah Türkiyə Prezidenti Suriyada keçiriləcək növbəti hərbi əməliyyatdan bəhs edəcək.

Müstəqil mənbələrin bölgədən verdiyi xəbərlərə görə, tərəflər arasında şiddətli döyüşlər davam edir, yenə  də mülki əhali arasında həlak olanlar var.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir