Ukrayna prezident aparatının rəhbəri istefa verib

 Ukrayna Prezidenti Ofisinin rəhbəri istefa verdi

Ukrayna Prezidenti  Administrasiyasının rəhbəri  Andrey Boqdan istefa  ərizəsi yazıb.

Bu barədə “Ukrainskaya pravda” xəbər verir.

Məlumata görə, Andrey Boqdan ötən gün prezident Vladimir Zelenski ilə istefası haqqında danışıb.

Həmçinin bildirilir ki, prezident aparatının başçısı istefasını müavinləri ilə də müzakirə edib.

Prezident adminstrasiyasındakı  mənbələr Boqdanın istefa səbəblərini  mətbuata açıqlamayıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir